“Sabah” Azərbaycan çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb
Bakının “Sabah” klubu Azərbaycan çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Baş məşqçi Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə ediblər. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn Bakı təmsilçisi bu il aprelin 24-də “Şamaxı”nı üstələyib – 5:1.

Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah” “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.

Xəbər 219 dəfə oxundu.