IFFHS: “Qarabağ” klubu reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Siyahıda 305 klub yer alıb. Onların arasında Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" var. Komandamız 130,5 xalla 91-cidir. Komandanın ötən cədvəllə müqayisədə mövqeyi dəyişməyib.

Sıralamaya 308 xalla “Palmeyras” liderlik edir (Braziliya). “Flamenqo” ikinci (Braziliya, 301 xal), "Real Madrid" isə 3-cüdür (280 xal).

Xəbər 244 dəfə oxundu.