“Səbail” klubu Azərbaycan çempionatlarında 20-ci ev qələbəsini qazanıb
Bakının “Səbail” klubu Azərbaycan çempionatlarında 20-ci ev qələbəsini qazanıb. Yubiley Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

“Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi 72-ci görüşdə “20”yə çatıb. “Səbail” ölkə çempionatları tarixinə öz meydanında ən azı 20 qələbə qazanan 31-ci komanda kimi düşüb.

Qeyd edək ki, “Səbail” ev oyununda ilk üç xalı 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə edib – 1:0.

Xəbər 235 dəfə oxundu.