Veteran güləşçimiz Elgiz Məmmədov dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın veteran güləşçisi Elgiz Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Turnirdə 88 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz A kateqoriyasında ikinci yeri tutub.

Dörddəbir finalda türk Aytac Dəmirə “tuşe” ilə qalib gələn E.Məmmədov yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə 4:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.

Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.

Xəbər 261 dəfə oxundu.