“Doqquzuncu an” filmi geniş auditoriya kütləsi toplayıb
Minifutbol üzrə milli komandamızın Avropa çempionluğuna həsr olunan “Doqquzuncu an” filmi təqdim olunub. Film geniş auditoriya kütləsi toplayıb, izləyənlər tərəfindən çox bəyənilib.

Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığma komandasının bizlərə yaşatdığı sevinc hissləri əvəzedilməz oldu. Bu fonda filmin çəkilməsində məqsəd minifutbol komandamızın çempionluğunu əbədiləşdirmək, tarixə həkk etməkdir. Bununla yanaşı, futbolçuları, idmançıları gələcək yarışlara motivasiya etməkdir.

Filmin ideya müəllifi Sərxan İbrahimoğlu, quruluşçu rejissoru Elçin Qasımovdur.

Filmi izləmək üçün bu linkə daxil ola bilərsiniz: https://youtu.be/1jsd5qiPv6c

Xatırladaq ki, Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən təsis edilib. 2008-ci ildən fəaliyyət göstərən “Azfar Group” şirkətinin ölkəmizdə minifutbolun inkişafına verdiyi böyük töhfə isə göz önündədir. Yəni həvəskar futbola peşəkar yanaşma “Azfar Group”un devizidir. Cəmi 14 ildə - 2008-2022-ci illər ərzində şirkət 34 müasir minifutbol meydançası yaradıb.

Qeyd edək ki, minifutbol üzrə milli komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. Bu il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

Xəbər 259 dəfə oxundu.