Millimiz Afinaya 14 futzalçı ilə yollanır
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas seçmə mərhələsində Yunanıstan yığması ilə keçirəcəyi səfər oyunu üçün heyəti açıqlanıb.

Azərbaycan millisi səfərə 14 futzalçı ilə yollanacaq.

Millinin heyətində Rövşən Hüseynli (Araz-Naxçıvan), Emin Kürdov (Neftçi İK), Xətai Bağırov (Beşiktaş Gent), Cohnatas Felipe “Felipinyo” (Araz-Naxçıvan), Xəzər Ağalızadə (Araz-Naxçıvan), Amir Shojaei (Bayterek), Hadi Ahmadi (Bayterek), Amadeu (Marreko), Rafael Vilela (Kayrat), Everton Cardoso Qalo (Bintang Timur), Oktay Rüstəmli (Araz-Naxçıvan), FineoDe Araujo (Sportinq Paris), Tyaqo Bolinya (Sportinq Paris), İsa Atayev (Beşiktaş Gent) yer alıblar.

Qeyd edək ki, Yunanıstan-Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.

Xəbər 182 dəfə oxundu.