Premyer Liqa: “Sabah” klubu “Kəpəz”i böyük hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Günün ilk matçında “Qəbələ” klubu öz meydanında “Qarabağ”a minimal hesabla məğlub olub. Oyunun yeganə qolunu 58-ci dəqiqəsində Filip Ozobiç vurub.

Günün digər matçında isə “Sabah” və “Kəpəz” komandaları qarşılaşıb. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyun ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Coy Lens Mikels (22), Aleksey Kaşuk (39), Anatoli Nuriyev (42), Aleksey Kaşuk (52) və Namik Ələskərov (82) vurublar.

Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlində ehtiyatında bir oyun olan “Qarabağ” 24 xalla liderdir. “Sabah” klubu ikinci, “Qəbələ” komandası isə beşincidir. Hesabında 4 xalı olan “Kəpəz” klubu 8-ci yerdə qərarlaşıb.

Xəbər 201 dəfə oxundu.