“Avro-2024”: Azərbaycan millisinin rəqibləri müəyyənləşib
Bu gün Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası F qrupunda mübarizə aparacaq.

F qrupunda Azərbaycan millisi ilə yanaşı, Belçika, Avstriya, İsveç və Estoniya yığmaları da yer alıb

Xəbər 213 dəfə oxundu.