Cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb
Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Bu gün kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncü yer uğrunda israilli cüdoçu Tohar Butbula qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Bununla da komandamız aktivinə ilk medalı əlavə edib.

Mundial oktyabrın 13-də başa çatacaq.

Xəbər 262 dəfə oxundu.