Mingəçevir Reqatasının birinci günü Suqovuşanda keçiriləcək
Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasının birinci günü Suqovuşanda keçiriləcək.

15 ölkə - Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları bir arada olacaq.

Sürət, tarazlıq və güc mübarizəsində idmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək.

Xəbər 279 dəfə oxundu.