Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir yekunlaşıb
"Sərhədçi" İdman Olimpiya Mərkəzində 28-ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirdə final və 3-cü yer uğrunda oyunlar keçirilib.

üçüncü yer uğrunda görüş "NTD BK" - "Zirvə Astara BK" komandaları arasında keçirilib. Görüşə fəal başlayan NTD basketbolçuları yekunda 117-59 hesabı ilə parketdən qalib ayrıldılar.

Final qarşılaşması isə "Gəncə BK" və "AAAF Xırdalan BK" komandaları arasında keçirilib.

Qarşılaşmanın ilk dəqiqələrindən oyuna sürətli başlayan Xırdalan komandası sonda rəqibinə 101-85 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Xəbər 240 dəfə oxundu.