Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirdə finalçılar müəyyənləşib
"Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə yarımfinal oyunları keçirilib.

ilk qarşılaşma "NTD BK" - "AAAF Xırdalan BK" komandaları arasında keçirilib. Xırdalan basketbolçuları rəqibinə 80-65 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.

İkinci görüşdə isə "Gəncə BK" komandası "Zirvə Astara BK" basketbolçularına 114-76 hesabı ilə qalib gələrək turnirin ikinci finalçısı olub.

Qeyd edək ki, oktyabrın 6-da turnirin final və 3-cü yer uğrunda oyunları keçiriləcək.

Finalda "Gəncə BK" - "AAAF Xırdalan", 3-cü yer uğrunda görüşdə isə "NTD BK" - "Zirvə Astara BK" komandaları üz-üzə gələcəklər.

Xəbər 223 dəfə oxundu.