Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.

Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.

Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.

Xəbər 191 dəfə oxundu.