“Murov” voleybol klubu Çağırış kuboku yarışına Polşada hazırlaşacaq
Kişi voleybolçulardan ibarət “Murov” klubu Polşada təlim-məşq toplanışı keçəcək.

2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda Polşaya yollanıb. Təmsilçimiz oktyabrın 12-dək Kialnarova şəhərində təlim-məşq toplanışında iştirak edəcək.

Hazırlıq prosesində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.

Qeyd edək ki, “Murov” klubu Çağırış kuboku yarışının 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.

Xəbər 226 dəfə oxundu.