UEFA Çempionlar Liqası: Lionel Messi şəxsi rekordunu yeniləyib
Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

Futbolçu buna qrup mərhələsi çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.

Matçın 22-ci dəqiqəsində fərqlənən futbolçu turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kriştiano Ronaldodur. Hazırda “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu Çempionlar Liqasında 38 komandaya qol vurub.

Messi turnirdə vurduğu qolların ümumi sayını 127-yə çatdırıb. Bu siyahıya da 140 qolla Kriştiano Ronaldo başçılıq edir.

Xəbər 236 dəfə oxundu.