Azərbaycan Futzal Federasiyasının prezidenti milli komandanın üzvləri ilə görüşüb
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan milli komandanın üzvləri ilə görüşüb.

O, futzalçılara Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıq və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, menecer Eldəniz Yusubov da iştirak edib.

Qeyd edək ki, oktyabrın 7-də Bakıda Polşa ilə qarşılaşacaq Azərbaycan millisi 4 gün sonra səfərdə Yunanıstanın qonağı olacaq.

Xəbər 207 dəfə oxundu.