Azərbaycan komandaları Avropa şahmat klub kuboku yarışında uğurlu çıxışlarını davam etdirirlər | |
Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir. Oktyabrın 4-də ikinci turun oyunları keçirilib. Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət "Vüqar Həşimov" komandası İsveçin “Stockholms” kollektivi ilə qarşılaşıb. Görüş “Vüqar Həşimov” komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Qadınlardan ibarət "Odlar Yurdu" komandası Ukraynanın "Blue & Yellow" klubunu 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərənin "Şarks", "Odlar Yurdu" isə Fransanın "Filidor" komandasına qalib gəlib. |
|
Xəbər 211 dəfə oxundu. |
|
|