Polşa yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Oktyabrın 7-də Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsində futzal üzrə Azərbaycan millisinin qonağı olacaq Polşa yığmasının heyəti açıqlanıb.

Polşa yığmasının heyətinə baş məşqçi Blazej Korczynski 15 futzalçı dəvət edib.

Heyətdə Mixal Klaus (“Darkomp Vilanou”), Mixal Kaluza (“Burela”), Raymund Şetsla (“Malepszy Arth Soft Lesznov”), Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski (hamısı “Konstrakt Lubava”), Patrik Holi (“Red Draqons Pnievi”), Mateus Mroviç (“Piast Qlivice”), Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı “Rekord Bielso-Biala”) və Kamil Roll (“Reyter Torun”) yer alıblar.

Azərbaycan – Polşa oyunu saat 20:00-da başlayacaq.

Xəbər 200 dəfə oxundu.