Rumıniya – Danimarka oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Futzal üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.

Oktyabrın 6-da Rumıniyanın Targu Mures şəhərindəki “City Hall Arena”da baş tutacaq qarşılaşma 19:30-da başlayacaq.

Xəbər 197 dəfə oxundu.