Para-pauerliftinq üzrə milli komandamıza yeni baş məşqçi təyin olunub
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının baş məşqçi vəzifəsi Elşən Hüseynova həvalə olunub.

E.Hüseynov 243 kiloqram nəticə ilə dünya rekordçusudur. O, “Pekin-2008”, “London-2012”, “Rio-2016” və “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının heyətində iştirak edib.

Komandanın sabiq baş məşqçisi İlqar İbişov isə bu vəzifəsindən kənarlaşdırılıb.

Xəbər 203 dəfə oxundu.