Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə müqavilə uzadılıb
Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılması barədə qərar qəbul olunub.

Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib.

Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunub. Belə ki, U-19 Zamir Həsənova, U-17 Nərgiz Qurbanovaya, U-15 Xanlar Əliyevə həvalə olunub.

Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.

Xəbər 266 dəfə oxundu.