UEFA Avropa Liqası: “Qarabağ” klubu birinci pillədə yer alıb
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.

ilk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 4 matçda qələbə qazanan Ağdam təmsilçisi birinci yerdə qərarlaşıb.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Qarabağ” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Xəbər 189 dəfə oxundu.