Nanidən penaltı etirafı
Çempionlar Liqasında «Qalatasaray»la oyunda penaltini vura bilməyən Nani rəqib qapıçı Fernando Musleranı göylərə qaldırıb. İdman.com.az saytının məlumatına görə, «Mançester Yunayted»in oyunçusu türk klubunun qapıçısını tərifləyib. Klubun rəsmi saytına müsahibə verən portuqaliyalı ulduz uruqvaylı qapıçıyla bağlı bunları deyib:

«Qapıçının hərəkət etməsini gözlədim, lakin çox ağıllı idi və mən seçimimi edənə qədər heç bir yerə tərpənmədi. Möcüzəli bir qurtarış idi».

Baş məşqçi Aleks Ferqyusonun da «Penaltini niyə Nani vurdu, anlamadım, Van Persinin vurmasını gözləyirdim» sözlərinə futbolçu belə cavab verib: «Ani bir hadisədi. Hər kəs penaltini qaçıra bilər. Gələn dəfə penaltini kimi təyin etsə vursun. 100 faiz qol olacaq. Məncə, Van Persi çox yaxşı bir penalti ustasıdı. Bu dəfə niyə onun vurmamasının səbəbini də bilmirəm».

Xəbər 906 dəfə oxundu.