AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb.

O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaqlar.

Xəbər 238 dəfə oxundu.