“Sampdoriya” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb
İtaliyanın “Sampdoriya” klubu baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əlli beş yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən göndərilib. Komanda bu mövsüm onun baş məşqçiliyi altında A seriyasının 8 turundan sonra cəmi 2 xal toplayıb və sonuncu - 20-cidir.

Qeyd edək ki, Campaolo bu ilin yanvarından “Sampdoriya”nı çalışdırırdı.

Xəbər 214 dəfə oxundu.