İbrahimoviç Çempionlar Liqasının tarixinə düşüb
PSJ-nin yeni ulduzu Zlatan İbrahimoviç Kiyev «Dinamo»su ilə oyunda Çempionlar Liqasının rekorduna imza atıb. İdman.com.az saytının məlumatına görə,30 yaşlı isveçli futbol tarixində Çempionlar Liqasında 6 müxtəlif komandada oynamış ilk futbolçu olub. Futbolçu əvvəllər «Ayaks», «Yuventus», «İnter», «Barselona» və «Milan»ın tərkibində bu turnirdə iştirak edib.

Xəbər 1143 dəfə oxundu.