Azərbaycan tennisçisi Kənan Qasımov Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
Bakı Tennis Akademiyasında ənənəvi “ITF Payız Kuboku” turnirinin növbəti - 5-ci mərhələsi başa çatıb.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 tennisçi gücünü sınayıb.

On səkkiz yaşlı tennisçilərin mübarizədə dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi olan Kənan Qasımov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rusiyalı Artur Ayuxanovla qarşılaşıb. Tennisçimiz ilk setdə 6:4, ikinci hissədə isə 7:5 hesabı ilə qalib gələrək çempion olub.

İdmançımız deyib: “Qalib olduğum üçün çox xoşbəxtəm. Bu, ardıcıl 2-ci qələbəmdir. Çəkilən zəhmətin əvəzini görmək sevindiricidir”.

Xəbər 330 dəfə oxundu.