“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının cari mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. Səkkizinci turda “Neftçi” ilə görüşən baş məşqçi Qurban Qurbanovun yetirmələri xal itkisi ilə üzləşməyən yeganə komandadır.

Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.

“Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdam təmsilçisi 2019/2020-ci il mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992-ci, 1994/1995-ci, 1996/1997-ci, 2000/2001-ci), “Şəfa” (2003/2004-cü) və “Xəzər Lənkəran” (2007/2008-ci) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.

Xəbər 182 dəfə oxundu.