Türkiyə Super Liqası: İstanbul derbisi heçə-heçə yekunlaşıb
Futbol üzrə Türkiyə Super Liqasında 2022-2023-cü il mövsümünün ilk İstanbul derbisi oynanılıb.

VIII turun matçında “Fənərbağça” komandası “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri 6-cı, 14 xala malik olan “Fənərbağça” isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, çempionatda turnir cədvəlinə 17 xalla “Başahşehir” komandası başçılıq edir.

Xəbər 235 dəfə oxundu.