“Qarabağ”ın rəqibi “Olimpiakos” komandası heyətinə yeni futbolçu cəlb edib
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən Yunanıstanın “Olimpiakos” komandası heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yunanıstan təmsilçisi son klubu “Bazel” olan Paytim Kasamini transfer edib. Otuz yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Paytim “Bazel”in heyətində ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynayıb.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiakos” arasındakı ilk görüş oktyabrın 6-da Yunanıstanda, növbəti matçı isə bundan bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər 194 dəfə oxundu.