Qadınlar arasında basketbol üzrə dünya çempionatının finalında ABŞ və Çin komandaları qarşılaşacaq
Oktyabrın 1-də qadınlar arasında basketbol üzrə dünya çempionatının final oyunu keçiriləcək.

ABŞ və Çin yığma komandalarının mübarizə aparacağı oyun Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Yarımfinalda ABŞ millisi Kanadadan olan rəqiblərini məğlub ediblər. Yarımfinalda matçında çinli qadın basketbolçuları Avstraliya kollektivindən güclü olublar. Digər yarımfinal oyununda ABŞ millisi Kanadadan üstün olub.

Xatırladaq ki, ABŞ və Çin yığmaları turnirin qrup mərhələsində də qarşılaşıblar. ABŞ komandası rəqibinə 77:63 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət komandası bundan əvvəl üç dəfə dünya çempionu olub (2010-cu, 2014-cü və 2018-ci illərdə). Ümumilikdə ABŞ-ın qadın basketbolçuları dünya çempionatında 10 dəfə qızıl medal qazanıblar. Çinin basketbol üzrə qadın millisinin isə dünya çempionatlarında hələ ki qızıl medalı yoxdur.

Sabah, həmçinin üçüncü yer uğrunda görüş olacaq. Kanada və Avstraliya komandaları bürünc medallar uğrunda mübarizə aparacaqlar. Onların görüşü Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq.

Xəbər 244 dəfə oxundu.