“Anadolu Efes” tarixində 13-cü dəfə Türkiyə Superkuboku yarışının qalibi olub
Ankarada basketbol üzrə Türkiyə Superkuboku yarışı keçirilib.

“Prezident kuboku” adı altında tarixdə 36-cı dəfə təşkil edilən yarışda son çempion “Fənərbağça” ilə “Anadolu Efes” üz-üzə gəlib.

İlk hissədə “Anadolu Efes” təşəbbüsü alıb. Ardıcıl dəqiq üçlüklərlə rəqibini çətin vəziyyətə salan “Anadolu Efes” fasiləyə 19 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə “Fənərbağça” təzyiqi artırıb. ÇSKA-nın sabiq baş məşqçisi Dimitris İtudisin başçılığı altında debüt oyununda İstanbul təmsilçisi fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.

Görüş “Anadolu Efes”in 71:62 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Anadolu Efes” tarixində 13-cü dəfə Türkiyə Superkuboku yarışının qalibi olub.

Xəbər 292 dəfə oxundu.