UEFA “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı paylaşım edib
UEFA Azərbaycan millisinin üzvü və “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı tviter hesabında paylaşım edib.

Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibətilə təbrik edib.

Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.

Xəbər 194 dəfə oxundu.