Foqts AzAL - "İnter" matçında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Topaz Premyer Liqasının VI turu çərçivəsində izləyəcəyi oyun müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, mütəxəssis sentyabrın 23-də baş tutacaq AzAL - "İnter" oyununu izləyəcək. Paytaxt derbisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər 846 dəfə oxundu.