Lionel Messi PSJ klubu ilə müqaviləni yeniləmək fikrində deyil
PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək fikrində deyil.

Bu barədə ispan jurnalist Mikel Blasquez məlumat yayıb. O bildirib ki, argentinalı hücumçu gələn mövsüm PSJ-də oynamaq istəmir.

Qeyd edək ki, Messi 2021-ci ilin avqust ayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm Paris klubunda 11 oyuna 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı futbolçunun sabiq klubu “Barselona”ya qayıdacağı haqda xəbərlər yayılıb.


Xəbər 211 dəfə oxundu.