Xaçmazda məşqçilər və cüdoçular üçün seminar keçirilib
Xaçmaz Olimpiya İdman Kompleksində şimal bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Valeh Məhərrəmov, beynəlxalq dərəcəli “B” kateqoriyalı hakimlər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib. Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər 231 dəfə oxundu.