Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq
Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq

Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

ABL-də “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah” və “Zirvə Astara” güclərini sınayacaqlar.

Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq.

Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi ilə mini turnir keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

Xəbər 286 dəfə oxundu.