İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb
İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

Futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub.

Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə imkan verməyib.

Xəbər 208 dəfə oxundu.