Azərbaycanın U-16 komandası yoldaşlıq oyununda türk həmyaşıdlarına məğlub olub
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.

Komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.

Xəbər 203 dəfə oxundu.