Millimiz Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Qrup mərhələsinin sonuncu oyununda lüksemburqlu həmyaşıdları ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

Xəbər 227 dəfə oxundu.