Azərbaycan - Moldova matçında hesab açılmayıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Millimiz "Dalğa Arena"da moldovalı həmyaşıdları ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.

Qeyd edək ki, millimiz əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.

Xəbər 242 dəfə oxundu.