Anım Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi II Fəxri Xiyabanı ziyarət edib
27 sentyabr – Anım Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi II Fəxri Xiyabanı ziyarət edib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıb.

Gün ərzində Anım günü ilə bağlı olaraq nazirliyin strukturuna daxil olan idarə və təşkilatlarda müxtəlif tədbirlər təşkil edilib. Həmçinin ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi Gənclər və İdman Nazirliyində keçirilən daxili iclasın əvvəlində bir dəqiqəlik sükutla yad edilib.

Xəbər 2641 dəfə oxundu.