“Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə müqaviləni yeniləyib
Formula 1 komandası “Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə bağlı qərar verib.

23 yaşlı sürücü ilə müqavilənin müddəti artırılıb. Çjou ilə yeni sözləşmə 2023-cü ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Ç.Quanyuy 2022-ci ildən “Alfa Romeo” komandasında çıxış edir.

Xəbər 247 dəfə oxundu.