“İnter”in sabiq hücumçusu Rodriqo Palasio özünü yeni idman növündə sınayıb
“İnter” futbol klubunun sabiq hücumçusu Rodriqo Palasio özünü yeni idman növündə sınayıb.

40 yaşlı oyunçu İtaliya D Seriyasında çıxış edən “Gargnano” basketbol komandası ilə müqavilə imzalayıb. O, yeni klubunda artıq debüt də edib.

Qeyd edək ki, Palasio futbolçu karyerasını başa vurduğunu açıqlamayıb. O, ötən mövsümü “Breşiya”da keçirib, 32 matçda 6 qol vurub.

Xatırlaaq ki, R.Palasio 2012-2017-ci illərdə “İnter”də oynayıb.

Xəbər 192 dəfə oxundu.