Super Liqa təmsilçisi hücumçusu ilə yollarını ayırıb
Türkiyənin “Hatayspor” klubu hücumçusu Məhəmməd Kamara ilə yollarını ayırıb.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İyirmi dörd yaşlı futbolçu İsrailin “Hapoel” (Hayfa) klubuna keçib. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Kamara 2021-ci ildən formasını geyindiyi Hatay klubunda 47 matça çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 214 dəfə oxundu.