Niderland millisinin sabiq kapitanı Fillip Koku “Vitess” klubuna baş məşqçi təyin olunub
Futbol üzrə Niderland millisinin sabiq kapitanı Fillip Kokunun yeni iş yeri müəyyənləşib.

O, “Vitess” klubuna baş məşqçisi təyin olunub. Bu barədə Niderland klubunun saytı məlumat yayıb. Mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Kokunun son iş yeri 2020-ci ilin noyabrında istefaya göndərildiyi “Derbi Kaunti” (İngiltərə) olub.

Xəbər 199 dəfə oxundu.