Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 18:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq.

Oyunu İslandiyadan olan baş hakim Helgi Mikael Jonasson idarə edəcək. Ona Egill Gudvardur Gudlaugsson (İslandiya) və Hristo Hadzhiyski (Bolqarıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Georgi Ginçev idarə edəcək.

Daha əvvəl millimiz Bolqarıstan (0:1) və Türkiyə (1:5) seçmələrinə məğlub olub.

Xəbər 203 dəfə oxundu.