Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub
Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sentyabrın 27-də Bakıda Moldova yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu dəvət olunub.

“Şamaxı” klubunun üzvü Cəlal Hüseynov millinin hazırlıq prosesində iştirak edəcək.

Bundan əlavə, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək.

Xəbər 317 dəfə oxundu.