Zlatan İbrahimoviç “Asteriks və Obeliks” filmində çəkilib
İsveç millisinin və “Milan”ın futbolçusu Zlatan İbrahimoviç “Asteriks və Obeliks” filmində çəkilib.

Qırx yaşlı futbolçu filmdə legioner Antivirus obrazını canlandırıb. Yeni film Çin imperatorunun pis şahzadədən gizlənərək Qalaya sığınacaq tapacaq yeganə qızından bəhs edir.

Qeyd edək ki, isveçli hücumçu dizindən əməliyyat olunduğu üçün cari mövsüm meydana çıxmayıb. Onun yaşıl meydanlara qayıtması 2023-cü ilin əvvəllərində gözlənilir.

Xəbər 340 dəfə oxundu.