Bu gün Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək
Bu gün futzal üzrə Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək.

Turun açılış matçında sonuncu mövsümün pley-off mərhələsində iştirak etmiş komandalar - “Baku Fire” və “Neftçi” qarşılaşacaqlar. Mərkəzi görüş həm də “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Daha sonra “Araz-Naxçıvan” – “Alyans Lənkəran” və U-19 – “Record” görüşləri təşkil olunacaq.

Xəbər 236 dəfə oxundu.